Yeni ASAN xidmət tikiləcək - 20 MİLYON MANATLIQ SƏRƏNCAM

  • 18 Oktyabr 2019

Prezident İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Chip.az xəbər verir ki, sərəncamla, Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə  2019-cu il dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 20 milyon 335 min manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır