Silikon Vadisinin startap proqramı Azərbaycanda

  • 18 Oktyabr 2019

125- dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq “Startup Grind” hərəkatının Bakı cəmiyyəti öz fəaliyyətinə başlayıb. Belə ki, “Startup Grind Baku Hub” 15 Oktyabr tarixində yerli tərəfdaşları olan “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə Silikon Vadisindən olan ekspert və investorun iştirakı ilə ilk tədbiri həyata keçirib.

Chip.az bildirir ki, dünyanın yüksək texnologiya, innovasiya və media mərkəzi olan Silikon Vadisində yerləşən məşhur investorlar küçəsi olan “Sand Hill Road” barədə və investisiya imkanları barədə “Andreessen Horowitz” şirkətinin həmsədri Scott Kupor iştirakçılarla söhbət aparıb. Görüşün moderatoru “The Wall Street” jurnalının redaktoru Thorold Barker olub. Görüş online formada İnnovasiyalar Agentliyində həyata keçirilib. Startapçılar və sahibkaların iştirak etdiyi görüş böyük marağa səbəb olub. “Startup Grind Baku Hub” davamlı olaraq xarici mentor və ekspertlərin iştirakı ilə beynəlxalq səviyyəli tədbirləri təşkil etməyi planlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır