Avropa Mərkəzi Bankına ilk dəfə qadın sədr təyin edildi

  • 18 Oktyabr 2019

Avropa Birliyi üzvü olan ölkələrin dövlət başçılarının Brüsseldə keçirilmiş zirvəsində Christine Lagarde (Kristin Laqard) 1 Noyabrdan etibarən Avropa Mərkəzi Bankının (AMB, ECB) sədri vəzifəsinə təyin olunub (namizədliyi təsdiqlənib).


Laqardın vəzifə müddəti 8 il olacaq.

Kristin Laqard Beynəlxalq Valyuta Fondunun (BVF) Sədri vəzifəsində işləyib. O AMB sədri namizədliyinə görə BVF-dəki vəzifəsindən istefa etmişdi. 

Kristin Laqard Mario Draghi-nin yerinə gətiriləcək.


 
BVF-nin ilk qadın rəhbəri olan Lagard, bu vəzifəni 2011-dən bəri aparırdı. Laqard, ECB-inin də ilk qadın sədri olacaq.
 

Fransız mənşəli vəkil və iş qadını olan 63 yaşlı Laqard, daha əvvəl Fransada Maliyyə naziri vəzifəsində də çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır