Bu gün ölkədə elektrik enerjisinin 92%-i təbii qazdan alınır

  • 18 Oktyabr 2019

“Ölkədə bu gün elektrik enerjisinin 92%-i ənənəvi enerji resursundan-təbii qazdan alınır”.

Chip.az “Marja”-ya istinad edərək, xəbər verir ki, bunu rəsmi mətbuat üçün yazdığı məqaləsində  Energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.

“Lakin ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı daha böyükdür. Qiymətləndirmələrə görə, bu potensial 26 min MVt ətrafındadır”,- nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır