30 yaşlı Melanie və yaratdığı milyard dollarlıq Canva!

  • 18 Oktyabr 2019

Avstraliyada yerləşən vizual dizayn platforması Canva 85 milyon dollar sərmayə alaraq bazar dəyərini 2,5 milyard dollardan 3,2 milyard dollara qədər artırıb.

Canva 85 milyon dollarlıq yeni maliyyələşdirmə ilə “Canva for Enterprise” adlı korporativ məhsulunu satışa çıxarmağı hədəfləyir. Bu yeniliyə əlavə olaraq şirkət öz heyətini iki qat artıracaq və baş ofisini daha geniş əraziyə köçürəcək.

Canva veb saytı və tətbiqləri insanlara və şirkətlərə afişalar, loqotiplər, sosial media qrafikaları və təqdimatlar yaratmağa kömək edir. Pulsuz istifadə edilsə də yüksək keyfiyyətli dizaynların yaradılmasına imkan verir.

30 yaşlı təşəbbüskar Melanie şirkətin əsasını 2013-cü ildə Sidneydə qoyub. Daha sonra Pekində və Malində ofislər açıb. İdeya isə 2006-cı ildə Melanie Avstraliya Universitetində təhsil alarkən yaradılıb. Belə ki, Melanie təhsil aldığı müddətdə dizaynlarla bağlı problemlər yaşayırmış və dizaynların daha rahat hazırlanması üçün canva ideyasını irəli sürüb. İdeyanı ərsəyə gətirmək üçün borc alıb. Hazırda 190 ölkədə istifadə olunur və ayda 20 milyondan çox aktiv istifadəçisi var.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır