İlon Mask okeanları belə internetlə təmin edəcək - Peyklərin sayını 42 minə çatdırır

  • 18 Oktyabr 2019

İlon Maskın layihəsi olan mini peyklərdən ibarət “Starlinq” internet şəbəkəsi hədəfini böyüdüb.

Chip.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə 12 min peyk vasitəsilə dünyanı internetlə təmin etməyi planlaşdıran İ.Mask peyklərin sayını 42 minə çatdıracaq. Beləliklə, hətta okeanlarda və dağlıq ərazilərdə də sürətli internet olacaq.

İ.Maskın peykləri yerdən 330-580 kilometr uzaqlıqda hərəkət edəcək. Bu isə mütəxəssislərin narazılıqlarına səbəb olur. Onlar peyklərə nəzarətin itirilməsindən və digər peyklərin, eləcə də kosmik gəmilərin istifadə etdiyi həmin ərazidə "tıxac" yaranmasından ehtiyat edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır