Sinqapurdakı Fintech investisiyaları 2019-cu ilin ilk 9 ayında 69% artıb

  • 17 Oktyabr 2019

Mühüm təşəbbüslərin və xüsusilə də finteclərin ortaya çıxdığı bir ölkə olaraq tanınan Sinqapur, startaplara edilən investisiyaları ilə ön plana çıxır. Bu gün Accenture tərəfindən paylaşılan bir araşdırmaya görə, 2019-cu ildə Sinqapurun maliyyə texnologiyaları təşəbbüslərinə cəmi 735 milyon dollar sərmayə qoyuldu.

CB Insights, Pitchbook və Tracxn-in verdiyi məlumata görə, investorlar 2019-cu ilin doqquz ayında Sinqapurun finteclərinə 735 milyon dollar sərmayə qoyublar. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə etdikdə, qazanılan investisiya məbləğinin 69 faiz artdığını müşahidə etmək mümkündür.

735 milyon dolllarlıq ümumi investisiya məbləğinin 34%-i ödəniş sistemləri, 20%-i borc və kredit təşkilatı platformalarına istiqamətlənmiş startaplara yönəldilmişdir. Sığorta texnologiyalarına yönəlmiş təşəbbüslər ümumilikdə 128 milyon dollar investisiya əldə etmişdir. Xatırladaq ki, “Insurtech” startapları ötən ilin eyni dövründə 35 milyon dollarlıq investisiya əldə etmişdilər.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır