Dünyada sürətlə yayılan bir yenilik: hekayə maşınları

  • 17 Oktyabr 2019

Əgər böyük şəhərdə yaşayırsınızsa ictimai nəqliyyat vasitələrinin tıxaclarda necə cansıxıcı bir hadisə olduğunu bilirsiniz. Avropada bu darıxdırıcı hadisənin qarşısını almaq üçün yeni bir sistem yaradılıb və sürətlə yayılır:

Hekayə maşınları!

Fransız bir komanda Shortedition adını verdikləri qurğuyla sərnişinlərə məşhur yazarlardan qısa hekayələr verərək onların maraqlı vaxt keçirməklərini təmin edir.

Bu yeni sistem həm də ağır kitab daşımaq istəməyinlərin də işini asanlaşdırır və onlara bir alternativ təqdim edir.

Qurğudan 1,3, və 5 dəqiqəlik müddətində hekayə seçmək mümkündür. Hekayə ilə yanaşı şeirlər də təqdim olunur.

ShortEdition daxilində 600-dən artıq mətn saxlayır və mətnlər hər gün komanda tərəfindən artırılır və yenilənir. Har yaş kateqoriyasına xitab edən sistemdə hər kateqoriyadan hekayə də tapmaq mümkündür.

İlk olaraq Fransanın Grenoble şəhərində tətbiq edilməyə başlayan bu sistem tamamilə pulsuzdur.

Sistemin işləmə prinsipi və məntiqi maraqlı olduğu üçün digər şəhərlərə də sürətlə yayılır.

Fransadan sonra artıq İngiltərə də bu sistemi tətbiq etməyə başlayıb.

Chip.az

Techland.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır