Torpaq nəzarətində planşetlərdən istifadə olunacaq

  • 17 Oktyabr 2019

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başlayıb.

Chip.az bildirir ki, komitədən verilən məlumata görə, torpaq nəzarətində istifadə olunacaq planşetlər qurumun müfəttişlərinə veriləcək. Tətbiq edilən innovativ yanaşma sahə üzrə görülən işlərin effektivliyinin və optimallığının artırılmasına yönəlib.

Bu planşetlər vasitəsilə müfəttişlər istənilən yerdə monitorinq aparan zaman dərhal torpaq sahəsinin təyinatını, burada aparılan tikinti işlərinin qanuni olub-olmamasını, torpağın kimə məxsus olmasını öyrənə biləcəklər.

Cərimələr onlayn formada tərtib olunaraq  torpaq sahibinə SMS və ya email vasitəsilə göndəriləcək. Cərimələri isə Asan Pay vasitəsilə ödəmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır