Gömrük Komitəsinə bu il 3,2 milyonadək elektron müraciət daxil olub

  • 16 Oktyabr 2019

Cari ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 3 milyon 179 min 512 elektron müraciət daxil olub.

Chip.az AZƏRTAC-a istinad edərək, xəbər verir ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır