Libra Assosasiyasına 21 şirkət daxil oldu

  • 16 Oktyabr 2019

Oktyabrın 15-i Cenevrədə 21 şirkət Libra Assosasiyasının nizamnaməsini imzladılar. Nəticədə Direktorlar Şurası və konsorsiumun icra qrupu yaradıldı. Assosiasiyanın rəsmi press-relizində bu xəbər dərc edilib. Direktorlar Şurasına David Marcus, Matthew Davie (Kiva Microfunds), Patrick Ellis (PayU), Katie Haun (Andreessen Horowitz) və Wences Casares (Xapo) daxil oldu. Əməliyyat üzrə direktor isə Bertrand Perez təyin edilib.

    Facebook iyun ayında ilkin olaraq Libra Association-a daxil olacaq 28 tərəfdaş şirkətlərin siyahısını açıqlamışdı. Lakin son iki həftə ərzində PayPal, Visa, Mastercard, Rezervasyon Holdinqlər, eBay, Stripe  Mercado Pago maliyyə tənzimləyicilərinin Libra ilə bağlı kəskin reaksiyalarını bəhanə gətirərək layihədən ayrıldıqlarını bəyan etdilər.

flight-from-libra-1024x576.jpg

    Libra Association-a rəsmən daxil olan 21 şirkət: Calibra, Andreessen Horowitz, Coinbase, Uber Technologies, Kiva Microfunds, Vodafone, Anchorage, Mercy Corps, PayU, Bison Trails Co., Ribbit Capital, Breakthrough Initiatives, Spotify AB, Thrive Capital, Creative Destruction Lab, Union Square Ventures, Farfetch UK Limited,  Iliad, Women’s World Banking,  Xapo Holdings Limited, Lyft.

Chip.az

Kriptoinvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır