Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

  • 16 Oktyabr 2019

Chip.az xəbər verir ki, Əfqanıstanın şimalında baş vermiş helikopter qəzasında 7 nəfər ölüb.

Hadisə zamanı ölkənin silahlı qüvvələrinə məxsus “Mi-17” helikopteri qəzaya uğrayıb.

Məlumata görə, aviaqəza Mazari-Şərif şəhərinin yaxınlığındakı Hayratan bölgəsində qeydə alınıb. Nəticədə helikopterdə olanların hamısı ölüb. Onlardan 4 nəfəri ekipaj üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır