Google və Amazon ideal CV-nin sirlərini açıqladı

  • 15 Oktyabr 2019

Amazon şirkətinin HR-meneceri Selesta Coy Diaz şirkətdə iş axtaranların yol verdiyi ən böyük səhvləri açıqlayıb. Google şirkətinin ən yaxşı HR-menecerləri də onunla razıdır. Onlar 3 tip CV səciyyələndirərək hansının daha yaxşı olduğunu bildiriblər. 

 

1.Vəzifələrlə dolu CV 

Belə CV-də namizədin iş yerlərinin və tutduğu vəzifələrin adları sadalanır. Lakin layihələr və iş yerindəki öhdəliklər barədə az məlumat verilir. Belə CV ona görə pisdir ki, özünüzün haqqında informasiya daşımır.  

Diaz : 

Titullar — əladır, lakin biz bilmək istəyirik, sizin hansı layihələriniz olub, onların miqyası necəydi, nələrə nail olmuşdunuz 

Bu səhvin səbəbi o ola bilər ki, insanlar CV-ni çox uzatmaq istəmirlər. Ya da düşünürlər ki, vəzifələri kifayət qədər aydındır, əlavə şərhə lüzum yoxdur. Bu halda siz yeganə nailiyyəti işə götürülən və sonra iş yerində sadəcə vaxtını keçirən işçi təəssüratı oyadırsınız. 

2.Öhdəliklərlə dolu CV 

Bu tip CV-lərdə namizədlər əvvəlki iş yerlərində hansı öhdəlikləri daşıdıqlarını açıqlayırlar. Tez-tez elə olur ki, insanlar nəzəri olaraq müəyyən işlərə görə öhdəlik daşıyıb. Lakin faktiki olaraq tamamilə fərqli öhdəlikləri yerinə yetirib. Öhdəliklərə əsaslanan CV sizi ən yaxşı halda “tələb olunanları edən” orta bir işçi kimi təqdim edir.  

Bu növ CV-lərdə belə cümlələrə rast gələ bilərsiniz: «Veb saytın auditoriyasının artırılmasına cavabdehlik daşıyırdım», «dəstək xidmətinə müraciət edən müştərilərə köməklik göstərirdim». CV-öhdəlik tərtib edənlər əvvəlki işlərinin ödhəliklərini götürüb CV-yə “copypaste” edirlər. 

3.Nailiyyətlərlə dolu CV 

Məhz bu tip CV-lər işəgötürənlərin diqqətini cəlb edir. O, namizədin işinin dəqiq, ölçüləbilən nəticəsini aydın şəkildə göstərir. Google şirkətində CV-nin bu növünü XYZ-CV adlandırırlar: «Mən X-ya nail oldum, Y ilə müqayisə etsək. Çünki Z ilə məşğul oldum». 

Məsələn: «Mən veb saytın auditoriyasını sıfırdan ayda 15 milyon istifadəçiyə qədər artırdım. Buna effektiv marketinq kampaniyaları apararaq, həmçinin maraqlı və oxunaqlı məqalələr yazan 45 müəllifi işə cəlb edərək nail oldum». Namizədin məqsədi ondan ibarətdir ki, işəgötürəni düşünməyə vadar etsin: «Vay, əgər bu, əvvəlki iş yerində auditoriyanı 15 milyona qaldıra bilibsə, görəsən, bizdə nə qədər artırar?» 

Mütəxəssislər CV-ni bəsit, daha gözəl yazmağı və nailiyyətlərini sadalamaqdan utanmamağı tövsiyə edirlər.

Chip.az

Finco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır