Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

  • 15 Oktyabr 2019

Oktyabrın 24-də "Kaspersky Lab" şirkəti növbəti dəfə "Kaspersky Security Day" tədbirini təşkil edəcək. 

Chip.az bildirir ki, tədbirdə Azərbaycanla bağlı geniş təqdimatın keçirilməsi gözlənilir. Ənənəvi tədbirin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov, "Kaspersky Lab" şirkətinin Azərbaycandaki nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov, "Kaspersky Lab" şirkətinin baş antivirus mütəxəssisi Sergey Qolovanov, Kaspersky Lab" şirkətinin kontent təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır