Azərbaycana mobil telefon idxalı iki dəfəyə yaxın artıb

  • 15 Oktyabr 2019

Bu ilin yanvar-avqust ayında Azərbaycana 849 170 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Chip.az Dövlət Statistika Komitəsindən verilən məlumata istinad edərək, xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 65,7% artıb.

Cari ilin səkkiz ayı ərzində idxal olunan məhsulların dəyəri 99 985,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,3% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır