Startaplar niyə uğursuz olur?

  • 15 Oktyabr 2019

Sartaplar niyə çox zaman ağır şəkildə uğursuzluğa düçar olur?

Birinci problem yaxşı plan, güclü strategiya və hərtərəfli bazar araşdırmasının cazibəsidir. Bunlar əvvəlki dövrlərdə uğur qazanmağın göstəriciləri sayılırdı. Bunu startaplara da tətbiq etmək istədilər, amma alınmadı, çünkü startaplar qeyri müəyyənlik şəraitində fəaliyyət göstərir. Startaplar müştərilərinin kimliyini, məhsullarının necə olmalı olduğunu hələ bilmirlər. Zaman ötdükcə dünya daha qeyri-müəyyən hala gəlir deyə gələcəyi təxmin etmək get-gedə lap çətinləşir. Köhnə menecment metodları bu problemlərin öhdəsindən gələ bilmir. Planlaşdırma və proqramlaşdırma yalnız uzun, sabit əməliyyat tarixçəsinə və müvafiq statik mühitə əsaslananda dəqiq ola bilir. Startaplar bunların heç birinə malik deyil.

İkinci problem ənənəvi menecmentin bu problemi həll etməkdə aciz qaldığını görəndən sonra bəzi sahibkar və investorların «sadəcə et» (Just Do İt) startap məktəbinin düşüncəsini mənimsəmələridir. Bu məktəb inanır ki, menecment özü problemə çevriləndə xaos ən yaxşı strategiya olur. Sınaqdan keçmiş bir metod olaraq qeyd etmək lazımdır ki, bu da bir işə yaramır.

Startap kimi inqilabi, innovativ və xaotik bir fenomenin idarə olunmasının mümkünlüyünə, daha dəqiq qeyd etməli olsaq, idarə edilməli olduğuna inanmaq intuisiyalara zidd görünə bilər. Çoxları startapın dinamik və maraqlı, proses və menecmentin isə darıxdırıcı və lazımsız olduğunu düşünür. Amma əsl maraqlı olan startapların uğurlu olduğunu və dünyanı dəyişdirdiyini görməkdir. İnsanların yeni biznesə yönəltdiyi sevgi, enerji və vizyon boş yerə xərclənməməli olan çox dəyərli resurslardır. Biz daha yaxşısını edə bilərik və etməliyik.

Chip.az

techlad.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır