Mobil telefon uşaqların yaddaşını zəiflədir

  • 15 Oktyabr 2019

“Mobil telefondan istifadə edən uşaqlarda eşitmə və vizual-motor reaksiyaları zəifliyir, yorğunluq artır və iş qabiliyyəti azalır”.

Chip.az bildirir ki, bu, 14 ildir məktəblilərdə cib telefonları və smartfonlardan gələn elektromaqnit radiasiyasının təsirini araşdıran bir qrup rusiyalı alimlərin gəldiyi nəticədir.

Araşdırma nəticəsində məlum olub ki, aktiv mobil istifadəçilərdə işıq və səs siqnallarına reaksiya zəifləyir və yazıda səhvlər nəzərəçarpacaq dərəcədə artır. Bu, həmçinin məktəblilərdə çalışqanlığın azalması, diqqət və yaddaşın zəifləməsi kimi özünü biruzə verir.

Tədqiqat Biokimyəvi Fizika İnstitutunun bir qrup alimi tərəfindən aparılıb. Alimlər bu vaxtadək qacetdən istifadə etməyən uşaqları da sınadıqlarını və mobil telefon istifadə edən uşaqlarla müqayisəli şəkildə öyrəndiklərini söyləyir. Qacetdən istifadə edənlərin 39,7%-də yorğunluq dərəcəsinin artdığı (30,3%-də nəzərə çarpacaq dərəcədə),  50,7% çalışqanlığın azalması müşahidə edilib. Bununla yanaşı, alimlər müəyyən edib ki, 8,5% uşağın əl barmaqlarında kiçik matorikanın formalaşması, yaş həddini keçib. 

Tədqiqat müəlliflərinin fikrincə, uşaqlarda kəllə qabığının nazik və beyin kütləsinin böyüklərdən daha kiçik olduğunu nəzərə alsaq onlar risk qrupundadır. Yəni elektromaqnit şüalanması onlara daha çox təsir göstərir. Mobil telefon istifadə edən uşaqların psixofizioloji göstəricilərindəki dəyişikliklər bunu heç şübhəsiz sübut edir.

İsveç alimlərinin diqqətini isə gənclərin mobil telefonu adətən sağ qulaqlarına yaxınlaşdıraraq danışdığı cəlb edib. 12-17 yaş arasındakı 700-ə yaxın yeniyetmənin üzərində aparılan araşdırmaya görə, yaddaş beyinin sağ yarımkürəsində yerləşdiyindən cib telefonundakı şüalanma yaddaşa mənfi təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır