Foto ilə kalorini müəyyən edən tətbiq hazırlanıb

  • 15 Oktyabr 2019

Foodvisor adlı yeni tətbiq yeyəcəyiniz qidanın çəkisini və kalori miqdarını şəkilə uyğun olaraq təyin edə bilir.

Chip.az xəbər verir ki, fransızlar tərəfindən yaradılan bu tətbiq kameranın avtofokus məlumatlarından istifadə etməklə telefonla boşqab arasındakı məsafəni müəyyən etməyə çalışır.  Sonra isə o qidanın həcmini hesablayır və kalorini təyin etməyə çalışır. Bütün prosedurdan sonra istifadəçi yeməyə hazırlaşdığı qida haqqında məlumat əldə edir – kalori, zülallar, karbohidratlar, yağlar, liflər. Qida məhsullarının “faydalılıq reytinqi” var, onlardan istifadə etməklə süni zəka istifadəçiyə pəhrizə riayət etməkdə yardımçı olur.

Bu tətbiq vasitəsilə həm də digər analoji tətbiqlərdə də olduğu kimi məhsul əlavə edə, fiziki aktivliyinizə nəzarət edə və həmçinin, qeydiyyatdan keçmiş dietoloqla əlaqə yarada bilərsiniz. Proqram 2018-ci ildə Fransada buraxılıb və 1,8 milyon istifadəçisi var. Hal-hazırda ondan Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və ABŞ-da da istifadə edilir. Demək olar ki, 2 il ərzində startap 1,% milyon dollar cəlb edib.

bizplus.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır