Mercedes komandası ardıcıl altıncı dəfə F1 Konstruktorlar kubokunun qalibi olub

  • 14 Oktyabr 2019

“Mercedes” komandası ardıcıl altıncı dəfə F1 Konstruktorlar kubokunun qalibi olub.

Chip.az AZƏRTAC -a istinad edərək, xəbər verir ki, Formula 1 Yaponiya Qran-Prisində qalib gələn “Mercedes”in pilotu Valtteri Bottas və yarışı üçüncü pillədə başa vuran Luis Hamilton Almaniya komandasının bu uğura imza atmasını təmin ediblər.

On yeddi mərhələdən sonra 611 xal toplayan “Mercedes” komandası ən yaxın izləyicisi “Ferrari”ni böyük fərqlə geridə qoyub. İtaliya komandasının aktivində 435 xal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır