Sabah Bakının mərkəzi küçələrinin birində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

  • 12 Oktyabr 2019

Oktyabrın 13-ü axşam saatlarından etibarən akademik Şəfaət Mehdiyev küçəsinin general Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Chip.az xəbər verir ki, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır