Dizaynda İnsan Psixologiyası adlı təlim keçiriləcək

  • 12 Oktyabr 2019

Müasir dövrdə texnika inkişaf etdikcə insanların iş anlayışları dəyişməyə başlayır. Yeni peşələr ortaya çıxır və bütün diqqət bu ixtisaslara yönəlir. Lakin, ölkəmizdə yeni yaranan, inkişafı sürətlə davam edən sahələri bilən insanların sayı isə çox azdır. 

Belə ki, bu sahələrin öyrənilməsi Sizi gələcəyin ən çox tələb olunan ixtisaslarını dərindən bilən və gəliri yüksək olan birinə çevirə bilər. Shuffle University sizi həmin sahələri öyrənməyə və inkişafa doğru yönlənməyə dəvət edirik.

Shuffle University-nin ilk təlimi təlimçi Aqşin Rəcəbov tərəfindən keçiriləcək. "Dizaynda İnsan Psixologiyası" təlimində dizayn və insanları birləşdirən UX haqqında danışılacaq. "UX-in dizaynda rolu nədir və nə kimi əhəmiyyət daşıyır? Layihələrimizdə UX təcrübəsindən yararlanmalımıyıq?" kimi suallara cavab olacağınız bu təlimə qatılmaq və daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz.

Qeyd edək ki, qatlılacağınız təlimlərdə həm dizaynerlik sahəsində əsas yer tutan UX dizayn, həm də rəqəmsal dünyanın bizə gətirdiyi bir çox yeniliklər sayəsində az büdcə ilə çox insana çatmağın yollarını öyrədən Facebook Instagram reklamlarının detallarını öyrənəcəkəsiniz. Bu təlimlərdə alacağınız dərslərlə öz biznesini qurmaq imkanı əldə edəcək, bu haqda bilinməyənləri öyrənərək, yola rəqiblərinizdən bir neçə addım irəlidə başlayacaqsınız.

Təlim, 19 Oktyabr tarixində, Bakı Mühəndislik Universitetinin Akt zalında baş tutacaq və ödənişsizdir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır