Kosmosda gəzən ilk insan, Aleksey Leonov vəfat etdi

  • 12 Oktyabr 2019

Kosmosda ilk gəzən insan, Aleksey Leonov 85 yaşında vəfat etdi. Leonov fevral ayından bəri müalicə alırdı.


Chip.az Rusiya Tass Xəbər Agentliyinin verdiyi məlumata istinad edərək xəbər verir ki, kosmosda ilk gəzən insan olan, Aleksey Leonov 85 yaşında vəfat etdi. Belə ki, Leononun şərəfinə başsağlığı mesajları bir çox kosmik agentliklər tərəfindən yayımlanıb. Rus kosmonavtının 1965-ci ildə "Vosxod-2" missiyasında ilk kosmosda gəzən şəxs olduğu bilinir. Bu kosmik fəzada gəzinti 12 dəqiqə 9 saniyə çəkdi və Leonov kosmik aparatdan təxminən 15 metr uzaq məsafəyə qədər gedə bildi.

Leonov kosmonavt olmazdan əvvəl hərbi pilot kimi təlim keçib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Rus kosmonavtının aldığı bu mükafat Rusiya dövlətinin ən nüfuzlu mükafatlarından biridir. Leonov adına bir Ay krateri də var. Leonov Sovet İttifaqının dağılmasından bir il sonra, 1992-ci ildə təqaüdə çıxmazdan əvvəl digər kosmonavtların hazırlanmasına da kömək etmişdir.

Alexei Leonov

Aleksey Leonov kosmik fəzada gəzinti zamanı 6 kilo itirdi:

Tarixi kosmik fəzada gəzintidə kostyumuna girdiyi hava səbəbiylə sərbəst hərəkət edə bilməyən və foto çəkdirə bilməyən kosmonavt, kostyumundakı qapağı açaraq havanı boşaltdı, ancaq ayaq tərəfdən boşalmalı olan hava baş tərəfdən boşalmışdı. Leonov, buna görə 6 kilo tər itirdiyini açıqlamışdı.

Image result for Aleksey Leonov

Yerli mediada yayılan məlumatlara görə, Leonov uzun müddət yaşa bağlı xəstəliklər səbəbindən Moskvadakı Burdenko Xəstəxanasında müalicə alırdı və ağır xəstə idi. Diabet xəstəliyinə görə əməliyyat olunan kosmonavt fevral ayından müalicə alırdı.

Kosmonavtın ölüm xəbəri dünyanın kosmik qurumlarını da kədərləndirdi. 

 

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır