Körfəz ölkələri səyahətçilərinin Azərbaycanla bağlı onlayn axtarışları 60 faiz artıb

  • 12 Oktyabr 2019

2018-ci ilə nisbətən bu il Körfəz ölkələri səyahətçilərinin Azərbaycanla bağlı etdiyi onlayn axtarışlar 60 faiz artıb.

Chip.az Trend.az-a istinad edərək, xəbər verir ki, bunu Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan deyib.

O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini vurğulayıb.

Azəbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artım müşahidə olunur.

F.Zenqstşmid 2018-ci ildə Azərbaycana Körfəz ölkələrindən olan 200 mindən artıq turistin gəldiyini və bu rəqəmin əvvəlki ilə nisbətdə 30% çox olduğunu qeyd edib.

F.Zenqstşmid bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşən, Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego” onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.

Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb saytı 20 dildə fəaliyyət göstərən, eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən “Wego” platforması hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır