Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

  • 12 Oktyabr 2019

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində Gəncədə növbəti “Fintech Meetup” keçirilib.

Chip.az bildirir ki, “Fintech Meetup” Gəncədə ilk dəfə keçirilən "Startup Grind Ganja" tədbiri daxilində baş tutub. Görüşdə “INNOLAND”in direktoru Məmməd Kərim, “SUP.VC” şirkətinin direktoru Vüsal Kərimli və proqram meneceri Tariyel Ağazadə spiker qismində iştirak ediblər. Spikerlər maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıblar.

Daha sonra “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Gəncə Dövlət Universiteti arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. Tədbir sual-cavabı hissəsi ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır