Onlarla Boeing təyyarələrində çatlar aşkarlanıb

  • 12 Oktyabr 2019

Müfəttişlər onlarla “Boeing 737 Next Generation” tipli təyyarələrində təhlükəli çatlar aşkarlayıblar. Qüsur hər iyirminci təyyarədə qeydə alıb.

Chip.az  Reuters-ə istinadən xəbər verir ki, çatlar əsasən təyyarələrin gövdəsi ilə qanadının birləşməsində aşkarlanıb. Ümumilikdə dünya miqyasında sınaqdan keçirilmiş 810 “Boeing 737 Next Generation” təyyarəsindən 38-də ciddi nasazlıqlar müşahidə olunub.

“Boeing” şirkətindən bildirilib ki, nasaz laynerlər təmirə göndəriləcək. ABŞ-da uçuşlar yerinə yetirən bütün bu təyyarələr artıq uçuşlardan kənarlaşdırılıb.

Mütəxəssislərin fikrincə, hər bir təyyarədə qüsurların aradan qaldırılması üçün orta hesabla 60 gün vaxt tələb olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, şirkət tərəfindən 7 minə yaxın “Boeing 737 Next Generation” təyyarəsi istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır