Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

  • 12 Oktyabr 2019

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirdiyi “Elektron xidmətlər mədəniyyətinin Azərbaycan modelinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində tədbirləri davam etdirir.

Chip.az bildirir ki, seminar–treninq 10 oktyabr 2019 il tarixində 2 saylı Bakı Baza Tibb Kollecində baş tutub.

Kollecin müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən seminar – treninqin əsas məqsədi Azərbaycanda elektron xidmətlər mədəniyyəti və İKT təhsilini müzakirə etmək, E-hökumət-ə keçidin xüsusiyyətləri, məmur-vətəndaş münasibətlərində olan yeniləşmiş dəyişikliklər, İKT-nin sosiumda oynadığı rol, innovativ mədəniyyətin mənfi və müsbət təzahürlərini iştirakçılara çatdırmaq olub.

Seminarı giriş sözü ilə Kollecin tədris üzrə direktor müavini Vəfa xanım Əliyeva açaraq tədbirin əhəmiyyətindən danışıb.

Fəlsəfə doktoru Hüseyn İbrahimova “İnformasiya-kommunikasiya texnologiyaları və gənclik” mövzusunfa ətraflı çıxış edib.

Professor Rəna Mirzəzadə “Yeni texnologiyaların və İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir” mövzusunda çıxış edib.

Yekunda Vəfa Əliyeva maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün Kollecin rəhbərliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə öz təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır