Catel şirkəti Azərbaycanda 5G şəbəkəsi quracaq

  • 12 Oktyabr 2019

Azərbaycanın rabitə operatoru olan "Catel" şirkəti ölkədə 5G şəbəkəsini qurmaq niyyətindədir.

Chip.az APA-ya istinadən bildirir ki, hazırda bu məsələ nəzərdən keçirilir və bu məqsədlə şirkətin istifadəsində olan 3GHz tezlik diapazonu istifadə olunacaq.

Qeyd edək ki, 1996-cı ildən fəaliyyətinə başlayan şirkət abonentlərinə simsiz CDMA və stasionar telefon rabitəsi (447-448 prefiksi ilə) və internet xidmətləri göstərib. “Catel”in fəaliyyəti 2011-ci ilin aprel ayında dayandırılıb. Şirkət dövlətə məxsus "AzInTelecom" operatorunun nəzdində fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır