Nəqliyyat Nazirliyinin binası Baktelekoma verilib

  • 10 Oktyabr 2019

Ləğv edilən Nəqliyyat Nazirliyinin binası Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (Baktelekom) verilib.

Chip.az bildirir ki, artıq bir müddətdir “Baktelekom” 2017-ci ildə fəaliyyəti ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilən nazirliyin binasına köçüb. Binanın üzərində yazılan Nəqliyyat Nazirliyi lövhəsi çıxarılıb, “Baktelekom”un adı və loqosu vurulub.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2002-ci ildə ildə yaradılıb. 15 il fəaliyyət göstərdikdən sonra nazirlik 2017-ci ildə ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır