Oktyabrın 10-da “SOCAR Tower”də SOCAR və SAP şirkətlərinin birgə təşkilatçılığı ilə MDB ölkələrinin neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı ilə “SAP Energy” forumu keçirilir.
Chip.az xəbər verir ki, tədbirdə “Rosneft”, “LUKoil”, “Gazprom”, “Gazprom Neft”, “Transneft”, “Zarubejneft”, “SIBUR”, “TAIF”, “Salım Petroleum”, “KazMynayGaz”, “Belorusneft”, “MOL”, “OMV” və digər şirkətlərin nümayəndələri iştirak edir.
Forumun işində sahə ekspertlərinin və SAP-ın neft-qazın rəqəmsallaşdırılması haqqında hesabatları, rəqəmsal yatağın yaradılması təcrübəsi, “Star” neft emalı zavodu və sair mövzulara dair müzakirələr aparılır.
Azərtac