Özünü işıqla təmizləyən qapı dəstəyi hazırlandı

  • 10 Oktyabr 2019

Hong Kong Universitetinin məzunları Sum Ming Wong və Kin Pong Li daim özünü sterilizasiya etmək üçün işıqdan istifadə edən qapı dəstəyi hazırlayıblar.

 

Chip.az xəbər verir ki, Hong Kong Universitetindən iki dizayner, 2003-cü ildə dünyada 8000-dən çox insana yayılan və ən çox Çin və Hong Kongda olmaqla 700-dən çox insanın yoluxduğu SARS (ağır kəskin respirator sindrom) xəstəliyinə qarşı hərəkətə keçdi. Minlərlə insan yoluxdu, yüzlərlə insan öldü.

Qapı dəstəyinin hər ucunda alüminium qapağı olan bir şüşə boru var. Qapı, titan dioksid adlı bir mineraldan hazırlanaraq incə bir toz halına gətirilib və bir fotokatalitik örtüklə örtülmüşdür. Şüşə boru üzərindəki bu nazik örtük bakteriyaları UB (ultrabənövşəyi) işıq ilə aktivləşdirilmiş kimyəvi reaksiya ilə parçalaya bilər.

kendi kendini temizleyebilen kapı kolu

Ənənəvi təmizləyici materiallar insan orqanizminə zərərlidir.

 

Sum və Kin-in izah etdiyi kimi, birdən çox insanın istifadə etdiyi tualet kimi yerlərin qapı tutacaqlarında çoxlu bakteriyalar var. "Bir çox infeksiya; məsələn, SARS, MERS (Yaxın Şərq respirator sindrom), ayaq və ağız xəstəlikləri və Kandida auris (Kandida göbələyi infeksiyası) kimi təmasla keçən xəstəlikərin varlığından xəbərdarıq." deyə bildirən ikili, "Bu gün insanlar ictimai yerləri təmizləmək üçün kimyəvi təmizləyici məhsullardan istifadə edirlər, amma onların təsiri çox davam etmir və insan bədəninə zərərlidir" fikirlərini də əlavə ediblər. "Təqdim etdiyimiz məhsul yüksək keyfiyyətli və təsirlidir."

 

Dizaynerlərin yeni hazırladıqları mikrob öldürücü dizayn laboratoriya testlərindən keçərək, mikrobların təxminən 99,8% -ni məhv etdiyi sübut edib. Özünü təmizləyən qapı dəstəyi 2019 James Dyson Mükafatlarının qaliblərindən biri idi. Layihə artıq son mərhələdədir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır