Azərbaycanda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

  • 09 Oktyabr 2019

18-24 oktyabr 2019-cu il tarixlərində Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq.

Tədbirlər Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır