A PHP Error was encountered

Severity: Warning

Message: file_put_contents(/home/chip/public_html//assets/iplist.txt): Failed to open stream: Permission denied

Filename: helpers/bots_helper.php

Line Number: 79

Backtrace:

File: /home/chip/public_html/application/helpers/bots_helper.php
Line: 79
Function: file_put_contents

File: /home/chip/public_html/application/core/Site_Controller.php
Line: 13
Function: writeipfile

File: /home/chip/public_html/application/controllers/Site.php
Line: 9
Function: __construct

File: /home/chip/public_html/index.php
Line: 262
Function: require_once

Azercosmos-a yeni baş kommersiya direktoru təyin olunub | Chip.az

Azercosmos-a yeni baş kommersiya direktoru təyin olunub

  • 09 Oktyabr 2019

A PHP Error was encountered

Severity: Warning

Message: Cannot modify header information - headers already sent by (output started at /home/chip/public_html/system/core/Exceptions.php:271)

Filename: Site_views/singlenews.php

Line Number: 69

Backtrace:

File: /home/chip/public_html/application/views/Site_views/singlenews.php
Line: 69
Function: setcookie

File: /home/chip/public_html/application/controllers/Site.php
Line: 78
Function: view

File: /home/chip/public_html/index.php
Line: 262
Function: require_once

Mark Qusriye (Mark Guthrie) “Azercosmos” ASC-nin baş kommersiya direktoru vəzifəsinə təyin olunub. “

Chip.az xəbər verir ki, Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə təcrübəyə malik olan M. Qusriye həm regional, həm də beynəlxalq səviyyədə “Azercosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

O, bu ilin oktyabr ayından etibarən “Azercosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb.

M. Qusriye karyerasına İngiltərənin “British Telecom” şirkətində başlayıb. Daha sonra o Avropanın aparıcı peyk operatoru “SES” şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. Fəaliyyətini SES şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən KVH qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra KVH şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

M. Qusriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O, həmçinin, İngiltərənin  Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər