Dubayda 39-cu beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilir

  • 09 Oktyabr 2019

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “GITEX Technology Week 2019” (GTW) – 39-cu beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilir.

Chip.az expoclub.ru saytına istinadla xəbər verir ki, tədbirdə süni intellekt, “ağıllı” şəhərlər, “ağıllı” əşyalar və əşyaların interneti mövzularına xüsusi diqqət ayrılır.

Tədbirin əsas proqramından əlavə, həmçinin müxtəlif dəyirmi masalar, konfranslar, brifinqlər, seminarlar keçirilir. Burada dünyanın müxtəlif ölkələrindən olan aparıcı mütəxəssislər informasiya texnologiyalarının gələcəyi ilə bağlı fikir mübadiləsi aparırlar. Proqramın əsas tədbirlərindən biri olan “GITEX Global Conference” hər il dünyanın müxtəlif ölkələrindən 3000-dən çox nümayəndəni cəlb edir.

1981-ci ildən keçirilən GTW informasiya və kommunikasiya texnologiyaları, eləcə də elektronika sahəsində son nailiyyətlərin təqdim olunduğu ən böyük və nüfuzlu sərgilərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır