Taliban elektrik xətlərinin dayaq qülləsini partladıb, Kabil şəhəri işıqsız qalıb

  • 09 Oktyabr 2019

Taliban radikal qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində yerləşən Pərvan vilayətinin elektrik xətlərinin dayaq qülləsini partladıb.

Chip.az TASS-a istinad edərək xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.  

Xəbərə görə, nəticədə ölkənin paytaxtı Kabil şəhərində elektrik enerjisi kəsilib. Paytaxtda elektrik enerjisinin bərpası üzrə təmir işləri artıq başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır