Netflix, Klaus-un ilk rəsmi fraqmentini yayımladı

  • 09 Oktyabr 2019

Netflix hər gün platformasına yeni məhsullar əlavə edir. Qarşıdan gələn Milad üçün yeni məzmun üzərində işləyən Netflix, cizgi film Klaus-un ilk rəsmi fraqmentini təqdim etdi.

 

Chip.az xəbər verir ki, Jesper Johansen adlı poçtalyonun başına gələn hadisələrdən bəhs edən Klaus animasiyasındakı hadisələr Smeerensburg adlı bir şəhərdə cərəyan edir. Belə ki, Klaus adlı bir oyuncaq istehsalçısının macəralarını izləyəcəyimiz animasiyanı Jason Schwartzman J.K Simmons kimi  oyunçular səsləndirir. Filmin əsas mövzusu, şəhərin darıxdırıcı bir yer olduğunu görən Jesper-in, bunu dəyişdirmək və şəhəri daha əyləncəli bir yerə çevirmək üçün cənab Klaus ilə birlikdə çalışmasıdır.

 

Öncə də yayımlanan eyni adlı qısa cizgi filminin uzun bir versiyası olaraq görünəcək olan Klaus, maraqlı Milad filmi olacaq kimi görünür. 15 noyabr tarixindən etibarən Netflix-də animasiyanı izləmək mümkündür.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır