Azərbaycan Beynəlxalq Nanotexnologiyalar Festivalında təmsil olunacaq

  • 5 gün Əvvəl

Azərbaycan nanotexnologiyaları 10-13 oktyabr tarixlərində Tehranda keçiriləcək XII “İran Nano 2019” Beynəlxalq Nanotexnologiyalar Festivalında və Sərgisində nümayiş olunacaq.

Chip.az bildirir ki, tədbirin təşkilatçısı İran Nanotexnologiyaları Təşəbbüsü Şurasıdır (İNİC). 

Şuranın rəhbəri Səid Sərkər builki tədbirdə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin 200 şirkət və tədqiqat mərkəzinin nanotexnologiya ilə bağlı son məhsullarını nümayiş etdirəcəyini bəyan edib. Həmçinin festival çərçivəsində marketinq, patentlər barədə, habelə nanotexnologiyalar, kənd təsərrüfatı və təhlükəsizlik, tullantıların idarə olunması, tekstil və parçalara dair tədqiqatlarla bağlı görüşlər keçiriləcəyi qeyd olunub. Bu il sərgi ərazisi ötən ilə nisbətən 50% böyük olacaq. 

Qeyd edək ki, “İran Nano” festivalı nanotexnologiyalar sahəsində İranda ən nüfuzlu, Asiyada ən iri tədbirlərdən biridir. Tədbir çərçivəsində sərgi, seminarlar, fəal tədqiqatçı və şirkətlərin, KİV-in iştirak etdikləri təltif mərasimi də keçirilir. Festivalda təşkil olunan 12 pavilyon su və ətraf mühit, enerji, səhiyyə, avtomobil sənayesi, inşaaat sektoru, tekstil istehsalı, neft sənayesi və qonşu sahələr, kənd təsərrüfatı, maşın və laboratoriya avadanlığı istehsalı, ticarət, təhsil kimi nanotexnologiyaların tətbiq olunduğu sahələrə həsr olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır