ABŞ daha 28 şirkəti qara siyahıya saldı

  • 08 Oktyabr 2019

ABŞ Ticarət Nazirliyi 28 Çin şirkətini “qara siyahı”ya salıb.

Chip.az xəbər verir ki, buna səbəb kimi Çin şirkətlərinin ölkədəki Uyğur əhalisinin hüquqlarını pozması göstərilib.

Bildirilib ki, şirkətlər ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkət edir, həmçinin, ölkənin milli təhlükəsizliyinə təhlükə yaradır.

Qeyd edək ki, siyahıda “Hikvision”, “Megvii Technology” və “SenseTime” şirkətlərinin də adı var. "Qara siyahı"ya salınmış şirkətlər əsasən, üz tanıma və digər süni intellekt texnologiyalarının təkmilləşdirilməsi ilə məşğuldurlar. Bundan sonra həmin firmalar ABŞ-dan texnoloji cihaz ala bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır