İlk dəfə kosmosda ət istehsal edildi

  • 08 Oktyabr 2019

Elm adamları kosmosda ilk dəfə ət istehsal etməyi bacardılar.

2018-ci ildə İsrail mərkəzli Aleph Farms, 3D printerdən istifadə edərək ətin toxumasını və quruluşunu təqlid edən hüceyrə şəklində hazırlanmış bir ət parçası istehsal etdi. Şirkət hazırda Beynəlxalq Kosmik Stansiyada (ISS) ət istehsalında qabaqcıl fəaliyyət göstərir.

Bu günə qədər 3D printerlərdən istifadə edilərək bir çox məhsul istehsal edilib. 3D printerlərin geniş yayılmasından sonra tədqiqatçılar tərəfindən bu printerlərin köməyi ilə ət istehsal oluna biləcəyi bildirildi.

3D printerlərlə ət istehsalına 2018-ci ildə İsrail mərkəzli Aleph Farms tərəfindən nail olub. Şirkət, ətin toxumasını və quruluşunu təqlid edən hüceyrə şəklində hazırlanmış bir ət parçası istehsal edərək dünyada ilk laboratoriyada istehsal olunan biftek istehsal etdi.

uzay et

Chip.az bildirir ki, Aleph Farms, Beynəlxalq Kosmik Stansiya (ISS), 3D printer ilə ət istehsal edə biləcəklərini söylədi. Şirkət sentyabrın 26-da Beynəlxalq Kosmik Stansiyanın Rus bölməsində 3D printer ilə ət istehsal etdiyini elan etdi.

 

Astronavtlar, Rusiya firmasının 3D Bioprinting Solutions tərəfindən Yerdən göndərilən mal-qara hüceyrələrini əzələ toxumasına çevirmək üçün koaksial bir toxuma istifadə etdi. Başqa sözlə, astronavtlar ilk dəfə mikro cazibə qüvvəsində ət istehsal edə bildilər.

uluslararsı uzay istasyonu

Tədqiqat yalnız ISS-də olan astronavtların deyil, həm də kosmosdakı bütün işlərin təzə ət istehsal edə biləcəyini və sistemin olduqca pis şəraitdə işləyə biləcəyini sübut etdi.

 

Aleph Faris-in baş direktoru Didier Toubia, The Guardian-a verdiyi açıqlamasında qeyd edib: “Biz sübut edirik ki, emal olunmuş ət istənilən vaxt, hər yerdə, istənilən şəraitdə istehsal edilə bilər. Vaxtında ərzaq istehsalına ehtiyacı olan əhaliyə güclü bir həll təqdim edirik."

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır