Afrikanın ilk smartfon fabriki - Mara fəaliyyətə başladı

  • 08 Oktyabr 2019

Afrika qitəsindəki ilk smartfon fabriki Ruandada fəaliyyətə başladı. Ağıllı telefonlar "Mara" adlı bir fabrikdə istehsal ediləcək və həm Ruandada, həm də digər Afrika ölkələrində yaşayan insanlar üçün əlçatan olacaq.

Smartfonlar bu gün bir çoxumuzun əlində olan və təəccüblə qarşılanmayan məhsuldur. Ancaq bu bütün dünyada belə deyil. Bəzi ölkələrdə smartfonların istifadə dairəsi geniş olmaması ilə yanaşı, onları tapmaq belə mümkün deyil. Bu ölkələrdən biri də Afrika qitəsindəki Ruandadır. Bu gün Ruanda əhalinin yalnız 52,1 faizini internetlə təmin edə bilir.

Image result for africa Mara smartphone

İqtisadi vəziyyətə görə ölkədə smartfon alışı zəifdir. Ümumiyyətlə ölkənin zəngin təbəqəsinin smartfon almağa gücü çatır. Yalnız bundan sonra Ruandanın da öz smartfon markası olacaq. Mövzuyla əlaqədar şərhlər edən Ruanda prezidenti Paul Kagame, ölkə xalqının texnologiyaya iqtisadi baxımdan əlçatan edə bilmələri üçün Afrikanın ilk smartfon fabrikini qurduqlarını açıqlayıb.

Image result for africa Mara smartphone

Chip.az xəbər verir ki, Ruanda açılan smartfon fabrikinə "Mara" adı verilib. Mara markalı ağıllı telefonlar, Android əməliyyat sistemi ilə istehsal ediləcək. Zavod dünəndən etibarən istehsala başlayıb. Zavodda 200 işçisi çalışır və istehsal ediləcək smartfonların qiyməti 129 ilə 189 dollar arasında dəyişəcək.

Telefon kullanan bir kadın

Kagame, ağıllı telefonların görüntü məqsədli deyil, ümumi bir ehtiyac olduğunu və istehsal ediləcək telefonların yüksək texnoloji xüsusiyyətlərə sahib olacağını və bölgə xalqının bu telefonları iki ilə qədər hissə-hissə ala biləcəyini söylədi. Kagame, ağıllı telefonların texnologiyaya girişi asanlaşdıracağını da əlavə edib.

 

Mara-nın rəhbərlərindən olan Ashish Thakkar mövzu ilə bağlı açıqlama verib. Afrikanın ən böyük xəyallarından birinin Mara ilə gerçəkləşdiyini söyləyən Thakkar, istehsal edəcəkləri ağıllı telefonların digər Afrika ölkələrinə ixrac olunacağını da bildirib. Thakkar-ın ən diqqətəlayiq çıxışı telefonların istehsal prosesi idi. Thakkar, ağıllı telefonların yığma olmayacağını, bütün istehsalın bu fabrik daxilində həyata keçiriləcəyini qeyd edib.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır