HƏDƏFDƏ STEM-3 adlı interaktiv təlim-treninqi

  • 08 Oktyabr 2019

chip.az-a verilən məlumata görə, Hədəf Liseyinin təşkilatçılığı ilə16 noyabr tarixində  “HƏDƏFDƏ STEM-3” adlı interaktiv təlim-treninqi keçiriləcəkdir.

Hədəf STEM Liseyinin və Eduhekin birgə təşkilatçılığı ilə keçiriləcək təlim-treninqlərin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEM, Makeblock robotiks, Arduino, MatataLab və Fischertechnik metod və məhsullarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə edəcək, STEM dərslərinin qurulması, STEM əsaslı təhsildə fənlərin inteqrasiyaından düzgün istifadə və bu təhsil metodu ilə bağlı suallarınıza cavab tapacaqsınız.

Təlim-treninqlər ölkəmizin qabaqcıl və müasir təhsil işçilərinin məruzələrindən, 5 blokda 3 fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, yekunda məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaq.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://bit.ly/2IwMqBj

✍Son qeydiyyat tarixi: 10 noyabr.

✔BİLETİN QİYMƏTİ: 35 AZN

əlaqə: *2018
+994 50/70 272 2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır