Instagram-ın İzləmə bölməsi tətbiqdən qaldırılır

  • 08 Oktyabr 2019

Dünyanın ən çox istifadə edilən sosial media platformalarının başında olan Instagram, yeni yeniləmələri və yeni xüsusiyyətləri ilə özünü canlı tutmaq üçün əlindən gələni edir. İndi şirkətin gətirəcəyi bir yeniləmə yeni bir xüsusiyyət gətirmir, əksinə bir xüsusiyyəti ortadan qaldırır.

Chip.az xəbər verir ki, İnstagram-da ürək işarəsinə vurduğunuzda iki nişan çıxır: Siz (You) və İzləmə (Following). Bu bölmədəki "Siz" seçənəyi, fotoşəkillərinizdəki şərhləri və bəyənmələri və ya yalnız sizə aid olan şeylərin bildirişləri görünəcək. "İzləmə" seçənəyi isə fəaliyyətlərini izlədiyiniz şəxslərin aktivliyini izləmə imkanı yaradacaq. 

instagram takip sekmesi

İzləmə nişanı tətbiqdən silinəcək:

Instagram, demək olar ki, insanların bütün fəaliyyətlərini özündə cəmləşdirən bu İzləmə seçənəyini platformadan çıxarmağa hazırlaşır. Belə ki, şirkətin məhsul rəhbəri Vishal Shah ilə görüşdən sonra Buzzfeed yayımladığı xəbərdə İzləmə bölümünün gələn həftədən tətbiqdən çıxarılacağını qeyd edib.

İnstagram isə bu haqda hələ rəsmi açıqlama verməyib. Buzzfeed bu bölmənin gələn həftədən çıxarılacağını bildirsə də bəzi istifadəçilər bu seçənəyin avqustun əvvəlində qaldırılacağını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər