Nobel Tibb Mükafatının sahibləri müəyyən oldu

  • 07 Oktyabr 2019

Nobel Komitəsi Tibb üzrə Nobel Mükafatını William G.Kaelin Jr., Peter J. Ratcliffe və Gregg L. Semenza-nın qazandığını açıqladı. Onlar hüceyrələrin dəyişən oksigen səviyyəsinə necə uyğunlaşmaları mövzusunda apardıqları araşdırmalara görə tibb üzrə Nobel mükafatına layiq görüldülər.

Chip.az xəbər verir ki, bu gün Nobel Komitəsi Tibb üzrə Nobel Mükafatı da daxil olmaqla Nobel Mükafatının sahiblərini elan etməyə başladı. Nobel Komitəsi Tibb üzrə Nobel Mükafatının sahiblərinin William G.Kaelin Jr., Peter J. Ratcliffe Gregg L. Semenza olduğunu açıqladı.

nobel ödülü

Belə ki, Nobel Komitəsi bu gün Stokholmdakı Karolinska İnstitutunda Tibb üzrə Nobel Mükafatının qaliblərini elan etdi.

nobel tıp ödülü

Nobel Komitəsi bildirib ki, sözügedən üç alimin əməyini, oksigenin canlılar tərəfindən necə qəbul edildiyini və oksigen səviyyəsinə necə uyğunlaşa bildiklərini müəyyn etmələri səbəbi ilə bu mükafata layiq görülüblər.

Qidaların hüceyrələrdə enerjiyə çevrilməsi prosesində oksigenin rolu çoxdan başa düşülsə də hüceyrələrin dəyişən oksigen səviyyəsinə uyğunlaşma mexanizmi əvvəllər izah edilməmişdi. Onların işi hüceyrələrin oksigen səviyyəsindəki dəyişiklikləri necə qəbul etdiyini və uyğunlaşdığını ortaya qoydu. Bu sayədə anemiya və xərçəng kimi bir çox xəstəliklə mübarizə üçün yeni strategiyalar hazırlana bilər.

nobel tıp ödülü

Qeyd edək ki, professor William G.Kaelin Jr Maryland-dakı Howard Hughes Tibb İnstitutunda bir tədqiqatçı idi. 2002-ci ildə Harvard Tibb Məktəbində professor oldu və Dana-Farber Xərçəng İnstitutunda öz laboratoriyasını qurdu.

Professor Peter J. Ratcliffe Londondakı Francis Crick İnstitutunda klinik araşdırmaların direktoru, Oksforddakı Hədəf Kəşf İnstitutunun direktoru və Lüdviq Xərçəng Araşdırma İnstitutunun üzvüdür.

Professor Gregg L. Semenza 1999-cu ildə Johns Hopkins Universitetində professor oldu. 2003-cü ildən Johns Hopkins Hüceyrə Mühəndisliyi İnstitutunda Damar Tədqiqatları Proqramının direktorudur.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır