Almaniyanın Zitty internet portalı İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş konsertdən yazıb

  • 07 Oktyabr 2019

Almaniyanın “Zitty” internet portalında "Azərbaycandan Nəsimi ansamblının ifasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş konsert" sərlövhəli məqalədə yer alıb. Məqalədə Almaniyaya gələn Nəsimi ansamblının böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Berlində konsert verildiyi bildirilir.

Chip.az Azərtac-a istinad edərək, xəbər verir ki, Konsertdə Azərbaycanlı muğam ifaçıları Teyyub Aslanov və Mütəllim Dəmirovla yanaşı, soprano Afaq Abbasovanın Nəsiminin əsərləri əsasında hazırlanmış musiqi nömrələri ifa etmələri barədə məlumat verilir. Məlumatda Nəsiminin əsərlərində insan, bəşəriyyət və məhəbbət mövzularına xüsusi yer verildiyi qeyd olunur. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESKO-nun “Sülh artisti” Firəngiz Əlizadə ilə yanaşı, digər Azərbaycan bəstəkarları, Cəlal Abbasov, Aliyə Məmmədova, Firudin Allahverdi, Said Qani və Tahir İbişovun da əsərlərinin səsləndirilməsi nəzərə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır