Dənizin çirklənməsi və dəhşətli ölüm: Mikroplastikanın vurduğu təhlükəni üzə çıxarır!

  • 07 Oktyabr 2019

Floridada bir körpə tısbağa acından öldü. Tısbağanı araşdıran müstəntiqlər, kiçik tısbağanın mədəsində 104 hissədən ibarət müxtəlif mikroplastik hissələr tapdılar.

Chip.az xəbər verir ki, Florida çimərliklərində ölən bir körpə tısbağanın mədəsindən 104 ədəd plastik hissələr çıxdı. Mütəxəssislər bu tısbağanın bu il dənizdə mikroplastik hissələr yedikdən sonra bölgədəki aclıqdan ölən onlarla kiçik tısbağadan yalnızca biri olduğunu bildirirlər.

 

Gumbo Limbo Təbiət Mərkəzi, Facebook-da dəniz tısbağasının ölümündən sonra mədəsində tapılan plastik parçaların fotosunu yayımladı. Bir tısbağanın reabilitasiya köməkçisi Emily Mirowski CNN-ə açıqlamasında, “əlinin ovucuna sığacaq qədər kiçik olan tısbağanın yaşından daha az inkişaf etdiyini söylədi. Bu görüntü həqiqətən ağrılıdır” –deyə bildirib.

Körpə tısbağalar hər il mart-oktyabr ayları aralığında yumurtadan çıxdıqları vaxtdan etibarən ilk illər sargassum adlı üzən dəniz yosununun çox olduğu yerlərə üz tuturlar. Mirowski əlavə edir: “yosunlar okeandakı bütün plastiklərin toplandığı bir yerdir. Bütün mikroplastiklər dəniz yosununa yapışır və körpə tısbağalar bu plastic hissələri yeyirlər. Mədələrindəki plastic parçalar tısbağalara toxluq hissi verir, buna görə də yaşamaları üçün lazım olan qidaları yemə ehtiyacı hiss etmirlər."

Image result for turtle eating plastic

Plastik parçalar səbəbiylə qidalanmadan əziyyət çəkən tısbağaların sayı olduqca çoxdur. Boca Raton-dakı təbiət mərkəzi, tısbağaların inkişafını daha yaxşı bir mühitdə tamamlamasını təmin etmək üçün onları xüsusi şəkildə bəsləyir. Mirowski, “hər gün onlara az miqdarda maye veririk. Ümid edirik ki, maye tısbağaların iştahlarını açacaq və yenidən müntəzəm qidalanmalarını təmin edəcək.” -deyə bildirir. İnsanlar plastik materiallı əşyalar alıb, yanlış bir formada atana qədər bu problemin həll olunmayacaq, söyləyən Mirowski, insanların bu plastik məhsullardan istifadəni mümkün qədər azaltmalı olduğunu söyləyir.

 

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır