Open Banking Lab layihəsinə qeydiyyat başa çatıb

  • 07 Oktyabr 2019

Chip.az bildirir ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə qeydiyyat başa çatıb.

“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə həyata keçirəcəyi İnkubasiya proqramına 11 layihə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş layihələrin seçim mərhələsi “INNOLAND”də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır