Qorxu filmlərində izləməkdən bezdiyimiz 19 klişe

  • 05 Oktyabr 2019

Çox insan qorxu filmlərinə baxmağı sevir. Əgər həqiqətən də qorxuludursa, izləməyə dəyər. Ancaq bu filmlərin demək olar əksəriyyətində filmin gedişatını proqnozlaşdıran klişelər yer alır. İzləyicilər yaşadıqları həyəcanı sevdiklərini deyir. Ancaq ssenarini öncədən təxmin etmək və ya məntiqsiz hətəkətlər qorxunu azaltmırmı?

 

Sözsüz ki, belə ssenari izləyicidə mənfi təəssüratlar yaradır ki, Chip.az bunlardan 19 klişe nümunəni sizə təqdim edirik.

 

1. Qəribə şeylər baş verdikdən sonra belə uzun müddət keçməsinə baxmayaraq, qəhrəmanların meşədəki bir daxmada və ya evdə qalmağa davam etməsi

2. Uşaqlar qorxulu varlıqları gördüklərini desələr belə böyüklərin onlara inanmaması

3. Qəhrəmanlar qəribə səs eşitdikdə ilk dəfədə "Bu küləkdir” və s. deməsi

4. Gələn həmin vahiməli səsin hardan gəldiyini tək başına araşdırması

5. Gecənin bir yarısı qapının döyülməsi və bu normal bir halmış kimi həmin qapının açılması

6. Eyni ilə gecə yarısı gələn zənglərə cavab verilməsi

7. Evlərində həddindən artıq çox oyuncaq (gəlincik) saxlamaları

8. Qəhrəmanların həmişə köhnə, artıq istifadə edilməyən dillərdə yazılmış köhnə kitablar oxuması

9. İnsanların sevgi ilə məşğul olması üçün ətraflarında baş verən dəhşətli hadisələrə məhəl qoymaması

10. Qəhrəmanların qaçmaq əvəzinə silahla gülünc şəkildə gəzmələri

11. Ön qapı cəmi 10 metr məsafədə olarkən, pilləkənlərə qalxmağa çalışmaları

12. Və ya nəhayət ön qapıdan qaçmağı qərara aldıqda normal bir insan kimi davranmağı unutması

13. Nəhayət çölə çıxanda açarlarını götürmədən maşına qaçmaları

14. Təhlükəsiz olmaq üçün səssiz olmaları lazım olduqda kömək üçün ağlalamaları

15. Qəhrəmanların nəhayət polisdən kömək istədiyi məqamda onların da heç bir işə yaramaması

 

16. Qatil bir addım arxalarında olmasına baxmayaraq yavaş-yavaş gəzmələri (“qaçması”)

17. Daha pisi isə bu gəzintidən (“qaçarkən”) sonra yıxılması və yolun davamında yerdə sürünməsi

18. Heç bir səbəb olmadan şkafda və ya yatağın altında gizlənməsi

19. Və nəhayət, bir-birindən ayrılmaq kimi parlaq (!) bir fikir təqdim etmələri

 

Sevinc Baba-zadə

Bəs sizin əlavə etmək istədiyiniz bu tip klişelər var? Varsa, onları şərh bölməsinə əlavə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır