Coca-Cola, okeandan toplanan plastik şüşələrlə yeni qablar istehsal edəcək

  • 05 Oktyabr 2019

Coca-Cola, okeandan topladığı butulkaları xüsusi bir proseslə təkrar emal edərək, yenidən istifadəyə verdi. Gələcəkdə şirkət bütün məhsullarını təkrar və ya bərpa olunan materiallardan hazırlanan paketlərdə satmağı planlaşdırır.

Chip.az xəbər verir ki, dünyanın ən böyük şirkətlərindən biri olan Coca-Cola ətraf mühitin qorunması baxımından əhəmiyyətli bir addım atdı. Şirkət yeni bir şüşə istehsal etmək üçün okeana atılan tullantı plastik şüşələri toplayıb, təkrar emal etdi.

Related image

Könüllülər yeni layihəni həyata keçirmək üçün İspaniya və Portuqaliyadakı 84 çimərlikdən butulkalar yığdılar. Bundan əlavə, balıqçı gəmiləri tərəfindən tutulan tullantı şüşələr də layihəyə daxil edildi. Şirkət yeni şüşəni yığılmış şüşələrin yeni təkrar emal işləri ilə təqdim etdi.

 

Məqsəd plastik qabların istifadəsini ildə 200.000 ton azaltmaqdır:

İnkişaf etmiş geri çevrilmə adlanan kimyəvi proses tullantı plastik butulkaların alt qatından kirləri çıxarır. Proses sayəsində plastik qablar təkrar istifadə edilə biləcək hala gətirilir. Bu, şirkətə köhnə şüşələri asanlıqla 2-ci dəfə istifadə etməyə imkan verir.

Related image

Plastik qabların təkrar emalı, insanların bu tullantıların okeana verdiyi zərərdən xəbərdar olması ilə əhəmiyyətli dərəcədə artdı, lakin bu tullantıların əksəriyyəti hələ də yandırılmır, ixrac edilir və ya qanunsuz zibilliklərdə saxlanılır. Coca-Cola-nın istehsal etdiyi 300 şüşənin yalnız dörddə biri okeandan toplanan plastik qablarla hazırlanıb.

coca-cola geri dönüşüm şişe

Coca-Cola, bu məsələ ilə bağlı verdikləri şərhdə bu işi yalnız şou üçün etmədiklərini bildirib. Şirkət gələcəkdə məhsullarının hamısının təkrar və ya bərpa olunan materiallardan hazırlanan paketlərdə satılmasını istədiklərini də əlavə edib. Daily Mail-in "Turn The Hide on Plastic" kampaniyasını vurğulayan şirkət, plastik qablardan istifadəni ildə 200 min ton azaldacağını açıqladı.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır