ABŞ donanması gəmi əleyhinə raket sınaqdan keçirib

  • 05 Oktyabr 2019

ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sahil sularında NSM gəmi əleyhinə raketi uğurla sınaqdan keçirib.

Chip.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: "ABŞ Donanmasının Independence sinifindən olan sahil döyüş gəmisi "Gabrielle Giffords" oktyabrın 1-də "Pacific Griffin" təlimləri zamanı NSM raketin imkanlarını uğurla nümayiş etdirib".

Bildirilir ki, bu, Hind-Sakit okean bölgəsində belə bir raketin ilk buraxılışıdır.

Qeyd edək ki, “NSM” gəmi əleyhinə raketi 100 dəniz milinə (185 km) qədər düşmən gəmilərini tapıb məhv edə biləcək yüksək dəqiqlikli uzun mənzilli zərbə silahıdır. Dəniz səthindən çox aşağı səviyyədə uçaraq, ərazini izləmək qabiliyyətinə malik bu raket çətin vəziyyətdə hədəfi dəqiq vura bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır