Azerspace-1 peyki yeni kanalların yayımına başlayıb

  • 05 Oktyabr 2019

Chip.az bildirir ki, Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peyki üzərindən 3 yeni kanal yayıma başlayıb.

“Azərkosmos” ASC-dən bildirlib ki, “Azərkosmos” Gürcüstanın “Mtavari Axri” və “Music Box”, Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabrdan etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır