agroX müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək: 1-ci yer - 6000 manat

  • 04 Oktyabr 2019

Chip.az bildirir ki, agroX Müsabiqəsinin yekun təqdimat mərasimi 08 oktyabr tarixdə Holiday İnn Otelində baş tutacaq.

Yarımfinala çıxan 12 aqrar startapın təqdimatları və yekun qiymətləndirilməsi olacaq.

Yekun qiymətləndirmədən sonra təşkil olunacaq təqdimat mərasimində qaliblərin təqdimataları və mükafatlandırma mərasimi baş tutacaq.

Məlum olduğu kimi AgroX Müsabiqəsinə 51 layihə təqdim edilib və 12 layihə 2-ci mərhələyə keçib.

agroX Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə Startap Azərbaycan tərəfindən həyata keçirilir.

Layihəyə İNNOLAND Akselerasiya Mərkəzi də dəstək verir. Müsabiqənin Mükafat Fondu 12 000 manat müəyyən olunub.
1-ci yer - 6000 manat
2- ci yer - 4000 manat
3- cü yer - 2000 manat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır